Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PƏRÇIM
is. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu. □ Pərçim etmək (eləmək)- 1) bax pərçimləmək; 2) sıx bir yerə təpilmək, soxulmaq, girmək. Kəklik .. özünü bir kola pərçim elədi. B.Bayramov. Pərçim olmaq - 1) sığışmadığı dar bir yerə təpilərək heç bir yana dönə və ya çıxa bilməmək, sıxılıb qalmaq. Dar paltar geyəndə adam pərçim olur. Stoluna pərçim olmuş stolbazı; tanı, fəqət saya salma. X.Rza; 2) bir şeyin içinə girmək, sancılmaq, sancılıb qalmaq, ilişmək, ilişib qalmaq. Hirslə şığıyan tərlanın ürəyindən pərçim olan iti qələmənin neştər ucu onun kürəyindən çıxmışdı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....