Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PƏRAKƏNDƏ
zərf və sif [fars.] 1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarmaqarışıq, dağınıq. Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib-keçirdi. Çəmənzəminli. Direktor masanın üstündə pərakəndə halda olan kağızları nizama saldı. Q.İlkin. Pərakəndə düşmək (olmaq) - dağılmaq, dağınıq hala düşmək, mütəşəkkilliyini itirmək, darmadağın olmaq. [Qasid:] Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub, hərəsi bir yana qaçdı. Ə.Haqverdiyev. [Hadi Lələ:] Bu xanədanın, dağılıb pərakəndə düşməyinə bais olma. S.S.Axundov.
Dağınıq, pərişan. ..Nərgizin görkəmi, Mixailin pərakəndə saqqalı karıxmış Gön Çərkəzin inamını artırırdı. B.Bayramov. [Məryəmin] pərakəndə halda çiyninə səpilmiş uzun şabalıdı saçları, təzə açmış gül kimi saf çöhrəsi.. Səlimi məst edirdi. H.Seyidbəyli.
□ Pərakəndə satış tic. - topdan deyil, ədədlə və ya az miqdarlarla satılan, yaxud alınan (istehlak malları haqqında). ..Çoxişlənən mallar üçün aşağı salınan vahid dövlət pərakəndə satış qiymətləri qoyulmuşdu. (Qəzetlərdən).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....