Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

PEŞƏ

is. [fars.] 1. Sənət. [Dövlətlilərin] ..
peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. // İş, məşğuliyyət, sənət. [Hacı Kamyab:] Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Ə.Haqverdiyev. Axund, Tahirzadənin yaşını, işini, peşəsini, təhsilini soruşdu. Mir Cəlal.
2. Adət, xasiyyət, vərdiş. [Fatmanisa:] Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Ə.Haqverdiyev. ..[Yusif] gecdən-gec dilləndi: - Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidir.. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....