Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PAY1
is. 1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. [Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə. // Eyni mənada xörək haqqında. [Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər payımı saxlardılar. İ.Əfəndiyev. Pay çəkmək - hər bir adam üçün xörək çəkmək. Səlimnaz arvad oğluna və Rəşidə pay çəkib gətirəndə onları bayaq oturduqları yerdə tapmadı. M.Hüseyn. Xüsusi tikələrdən seçib Firəngizin payını çəkəndən sonra hərə öz qabını doldurdu. B.Bayramov. // Bir şeyin bölündüyü hissələrdən hər biri. Gecədən iki pay keçəndə dalandar pəlvanlarınan girib Ceyranın otağına gördülər ki, Ceyrannan Zərqova xanım yatıblar. (Nağıl). // Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə. [Gülsəba:] Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? M.F.Axundzadə. [Hüseyn:] Qardaşdırlar, iki pay onlara düşər, birpay mənə. S.Rəhman.
Dəfə, kərə. [Məşədi İbad:] ..İndiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Ü.Hacıbəyov. [Rəsul:] Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. N.Vəzirov.
Hədiyyə, bəxşiş, sovqat. ..Qızın cehizində samovar yoxsa, əqrəbalardan samovar alıb pay gətirərlər. R.Əfəndiyev. □ Payın (payınız) çox (artıq) olsun! - pay (bəxşiş, hədiyyə) verənə təşəkkür ifadəsi. Payın çox olsun, çox sağ ol! - [Çiçək Ümidə:] Payın çox olsun, bala, ömrün uzun olsun! B.Bayramov.
məc. Bəxt, tale, qismət, nəsib. □ Payına düşmək (çıxmaq) - qisməti olmaq, bəxtinə çıxmaq. Bizim payımıza düşmüş əzəldən; Qayğısını çəkmək olur-olmazın. M. Müşfiq.
məc. Əvəz, qarşılıq. □ Payını almaq məc. - əvəzini almaq, cəzalanmaq. [Rüstəm Pərişana:] Danışar, payını da alar! M.İbrahimov.
Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. Kooperativ payı. Üzvlərin payı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....