Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

PAS1

is. 1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır.. M.Ibrahimov. □ Pas atmaq (basmaq, tutmaq) - bax paslanmaq. ..Rəflərdə pas basmış .. qablar üst-üstə yığılmışdı. Çəmənzəminli. Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq. S.Vurğun. Pas yemək pasdan xarab olmaq, yeyilmək (metal şeylər haqqında). ..Dəmir civləri, mıxları pas yeyib naziltmişdi. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Gözüm gördü, gönlüm qəmdən ayıldı; Şikəstə könlümün pası silindi. Aşıq Ələsgər. Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. Aşıq Kərəm.
xüs. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.
məc. Eyib, nöqsan, ləkə. □ Pası (pasının üstü) açılmaq - eybi, nöqsanı, gizli işləri aşkara çıxmaq, faş edilmək, ifşa olunmaq. Pasını (pasının üstünü) açmaq - eybini, nöqsanını, gizli işlərini açıb demək, faş etmək, aşkara çıxarmaq. Mənə qohum oldu bu cür biədəb; Varımı korladı, pasımı açdı. M.S.Ordubadi.
“Bir” sözü ilə - bir müddət, bir vaxt. ..Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. “Koroğlu” . Ilyas gecədən bir pas keçirdib, durub getməkdə olsun. (Nağıl).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....