Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PARÇALAMAQ
f. 1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq. - Köpək madyanın alt dodağını dartıbparçaladı. S.S.Axundov. // Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq. // Məc. mənada. [Şamil] uzaqdan-uzağa alman əsgərini görəndə.. birbaş irəli atılıb onu dırnaqları iləparçalamaq istəyirdi. M.Hüseyn. // Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. Canavar qoyunu parçalamışdı.
[Kərim baba:] ..Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır. Şaiq. // Məc. mənada. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal.
Bir neçə hissəyə ayırmaq, bölmək.
xüs. Tərkib hissələrinə, elementlərinə ayırmaq. Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....