Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PARA1
is. [fars. parə] 1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı. // Parça, tikə. Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoydu, atasına qoşub, məktəbə yola saldı. Ə.Haqverdiyev. [Əlikram] kəsdiyi almanın parasını Güllüyə uzatdı.. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Bir güllü mağarası. (Bayatı). Keçilərin qarası; Layla, körpəm, a layla! Ürəyimin parası; Layla, körpəm, a layla! R.Rza.
Bir para - bəzi, bəzisi. Birpara şəxslər. Bir para məsələlər. - Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. C.Məmmədquluzadə. ..Quşların bir paraları oxumaqda, o biriparaları uçub özləri üçün yem gəzməkdə .. idilər. A.Divanbəyoğlu.
2. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir. On dörd para kənd əhli bu məşrutə zamanı; Gər ac, susuz düşsə biyabanə, dolaşma! Ə.Qəmküsar. [Səlimi Isfahaniyə:] ..Azərbaycan və Mazandaranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmişsiniz.. M.Ibrahimov.
para-para sif. Parça-parça, doğramdoğram. □ Para-para etmək (eləmək) parça-parça etmək, doğram-doğram etmək, tikə-tikə etmək; parçalamaq, doğramaq. Yandıralar alovlara Zakiri; Eyləyələrparapara Zakiri. Q.Zakir. ..Qutupəncərə şüşəsini para-para elədi. S.Rəhman. Para-para olmaq - parça-parça olmaq, doğram-doğram olmaq, tikə-tikə olmaq. [Uşaqların] ayaqları dizlərinədək palçığa batmışdı, paltarları parapara olub, bədənləri görünürdü. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla