Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PAMBIQ
is. 1. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisi, həmçinin bu bitkinin ağrəngli lifləri. Pambıq əkini. Pambıq tədarükü. Pambıq bitkisi ən qədim mədəni bitkilərdən biridir.
Yolun hər iki tərəfində pambıq kollarının düz cərgələri uzanıb gedirdi. Ə.Əbülhəsən. Pambıq sovkası zool. - bitkilərə (əsasən, pambıq bitkisinə) ziyan vuran zərərverici. Pambığa ən təhlükəli ziyanvericilərdən biri pambıq sovkasıdır. Pambıq zavodu - yığılmış pambığı çiyid və s.-dən təmizləyərək onu ilk emal edən müəssisə. [Qaçay:] Pambıq zavodunda iş olduğunu eşidib, Mirzə Cəmilin hüzuruna təşrifigətirdi. Ə.Vəliyev. Pambıq məntəqəsi - yığılmış pambığı qəbul edib, pambıq zavodlarına göndərən məntəqə.
Həmin bitkinin tibb və məişətdə işlədilən təmizlənmiş liflərdən ibarət tüklü tiftik kütləsi. Yaraya pambıq qoymaq. Pambıq ipliyindən toxunmuş, yaxud içərisinə pambıq qoyulmuş. Pambıq parça. Pambıq yorğan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....