Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PAXILLIQ
is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. [Hacı Fərəc:] ..Hər nə danışırlar qoy danışsınlar, .. hamısı paxıllıqdır. N.Vəzirov. Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. S.Vurğun. □ Paxıllıq etmək - dargözlük etmək, gözügötürməzlik etmək. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. Paxıllığı tutmaq - b ax paxıllıq etmək. Səfa elə baxır, elə bil ölümə məhkum olunmuş Hüsnübəyimə paxıllığı tutur, qibtə eləyir... İ.Məlikzadə. Paxıllığını çəkmək- bax paxıllıq etmək. [Dəmir:] Sizin Qarabağ bəyləri həmişə bir-birinin paxıllığını çəkirlər.. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....