Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
PADŞAHLIQ
is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl). Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq. - Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. M.S.Ordubadi.
Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. Padşahlığı idarə etmək. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. [Vəli bəy:] Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. S.S.Axundov. [Ağa Məhəmməd şah Qacar:] Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....