Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÖZƏK

is. 1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.
Çibanın, çirkli yaranın ortasında olan bərk iltihablı hissə. Çibanın özəyi. □ Özək bağlamaq - bax Özəkləmək. Yara özək bağladı.
Böyük bir birləşmənin əsas tərkib hissəsini təşkil edən kiçik təşkilat qrupu; əsas, özül. [Barat:] Dərsdən sonra özəyimizin iclasını çağırmışam. C.Cabbarlı. Dilşad özək iclaslarında .. müəyyən çıxışlarda bulunur, ümumun təqdirini qazanırdı. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....