Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
ÖZ
əvəz. 1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan. Oz kitabı. Oz şeyi. Oz yerindən durmaq. Oz vətəninə qayıtmaq. Oz fikrində qalmaq. - Birdən [İskəndərin] tərlan qanadlı xəyalı uçub, öz vətəninə - doğma Azərbaycan elinə getdi. Ə.Vəliyev. // Şəxsən, müstəqil olaraq özü tərəfindən yaradılmış, görülmüş, alınmış, əldə edilmiş və s. Oz şeirlərini oxudu. Oz bostanını bizə göstərdi. Oz zəhmətinin məhsulu. // Şəxsən özünə məxsus; şəxsi. Oz maşını var. Oz ev-eşiyi. Oz kitabı. Paltolar arasında öz paltosunu axtarmaq. - Lakin Müqim bəy öz dərdini örtbasdır edə bilmirdi. S.Rəhimov.
Ancaq özünə, yaxud bir şeyə xas; xüsusi. Onun öz üslubu, öz metodu var. O, öz qəribəliyi ilə nəzəri cəlb edir. - ..Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyə. Əkilmiş zəmiləri öz malı kimi biçirdi. Məmmədquluzadə. Bahadur öz gur və iti səsi ilə çağırdı.. S.Rəhman.
Doğma, yaxın (iş, məslək, əqidə və fikir cəhətdən). Oz xalqımız. Oz adamımız. Oz uşağımız.
Bir işdə şəxsən, bilavasitə iştirak edən (onun mənbəyi, ya obyekti olan) şəxsi, ya şeyi göstərmək üçün isimdən, şəxs əvəzliyindən sonra işlənir. Atası özü oğlunu şəhərə apardı. O özü də çox əziyyət çəkdi. Işin özü çox maraqlıdır. Bütün işləri özüm görürəm. - Nəhayət, iri qayaların və kolların arasından çayın özü görünməyə başladı. Çəmənzəminli. [Əsmər] artıq Məmmədbağırı dinləmək istəməyirdi. Tələb edirdi ki, onu öz kəndlərinə göndərsin. S.Hüseyn. Həmişəyev əmr verdi ki, Hidayət .. Sənubərin layihəsini şəxsən onun özünə, baş memara təqdim eləsin! B.Bayramov.
İsim və ya şəxs əvəzliyi yerində müstəqil işlədilir. Özü yazıb. Özüm görmüşəm. - [Aslan bəy:] ..Yaxın yerdən bilmişəm. Özü xəbər göndərmiş. C.Cabbarlı. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M. Müşfiq. // Eyni mənada bəzən cəm şəkilçisi ilə işlədilir. Özləri bilərlər. Özləri getsinlər. - Işıqların yaratdıqları parıltılar işıqların özlərinin gözünü qamaşdırırdı. B.Bayramov.
Bir adamın və ya bir şeyin böyüklüyünü, əhəmiyyətini, mövqeyini nəzərə çatdırmaq üçün işlədilir. General özü gəlmişdi. Məni nazir özü qəbul etdi.
A **
□ Öz canı üçün qorxmaq - öz həyatını qorumaq, öz canına ziyan dəyməməsinə çalışmaq. Öz canının hayına qalmaq (hayında olmaq) - özünü təhlükədən, qorxulu vəziyyətdən qurtarmağa çalışmaq, tədbir aramaq. Həmzə indi burada öz canının hayında idi. Ə.Əbülhəsən. Öz əli, öz başı sərbəst, azadə. Öz xoşuna qalmaq - ixtiyarı özündə olmaq, özbaşına qalmaq. Dövlətli baxır ki, qonşu öz xoşuna qalsa, bağçadan əl çəkməyəcək. “M.N.Lətif.” Öz xoşuna qoymaq - sərbəst buraxmaq, öz istədiyi kimi hərəkət etməsinə imkan vermək, başlı-başına buraxmaq. Özüdür ki var - haqqında danışılan adamın və ya şeyin adı çəkildikdə, yaxud da onu gördükdə təsdiq məqamında işlədilən ifadə. Dadaşov içəri girdi. Arıq kişi əvvəlcə yerindən tərpənmək istəmədi, sonra ürəyinə damdı ki, ucaboy bu adam elə Dadaşov özüdür ki var. İ.Məlikzadə. Özüm ölüm - “canıma and olsun” mənasında and ifadəsi. Özündə olmamaq - özünü itirmək dərəcəsində hirslənmək, özündən çıxmaq. İndi isə Əmiraslan baba Kərimqulunun özündə olmadığını gördü. S.Rəhimov. Özündən çıxmaq - hirslənmək, əsəbiləşmək, coşmaq. Bu sözdən Sərdar Rəşid özündən çıxmış(dı).. M.S.Ordubadi. Zeynal tamamilə özündən çıxdı. S.Hüseyn. Özündən dəm vurmaq - özünü tərifləmək, özündən demək. Özündən düzəltmək - 1) başından çıxarmaq, fikirləşib tapmaq; 2) yalan demək, qondarmaq, uydurmaq. Özündən getmək - ürəyi getmək, bayılmaq, qəşş etmək, huşunu itirmək. Mehribanın ürəyi xarab olub özündən getmişdi. S.Hüseyn. Gəlin bayaq acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. Özündən küs! - “özünü günahkar bil” , “təqsir səndədir” mənasında işlədilir. Özünə çıxmaq - mənimsəmək, götürmək, özünə aid etmək, öz ayağına yazmaq. Özünə gəlmək - 1) huşu özünə gəlmək, ağlı başına qayıtmaq (qəşş etmiş, huşunu itirmiş adam haqqında). Xəstə özünə gəldi. - [Atdan yıxılıb ürəyi getmiş halda] Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı. S.S.Axundov. Tərlan bir azdan sonra özünə gəldi. M.Hüseyn; Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul kimi qızardı. İ.Şıxlı; 2) b a x özünü ələ almaq; 3) əvvəlki vəziyyətinə gəlmək, sağalmaq, düzəlmək, əmələ gəlmək (ağır xəstəlikdən sonra). Sevilin hər cür müalicəsinə .. baxmayaraq hələ də qız özünə gəlmir, səhhətini düzəldə bilmirdi. S.Rəhimov; 4) bir hadisənin, işin mənasını sonradan başa düşmək. Özünə gətirmək ürəyi getmiş adamı ayıltmaq; 2) məc. ayıltmaq. Onun vaxtı ilə söylədiyi bu söz məni lap özümə gətirdi. M.S.Ordubadi. Özünə görə - öz vəziyyətinə, öz mövqeyinə, öz vəzifəsinə layiq. [İmamverdinin] kənddə özünə görə yaxşı evi-mülkü vardı. S.S.Axundov. Özünə götürmək - 1) başqası haqqında deyilən sözü özünə aid etmək; 2) b a x özünə çıxmaq. Özünə gün ağlamaq - öz taleyini, öz gələcəyini düşünmək; çətin vəziyyətdən çıxmaq üçün yol axtarmaq. Özünü aparmaq - özünü idarə etmək (rəftar, davranış, əxlaq məsələlərində). Özünü bərkitmək - 1) qüvvə yığmaq, özünü möhkəmləndirmək; 2) var-dövlət yığmaq, varlanmaq. Özünü bilməmək - huşunu itirmək. Özünü çəkmək - lovğalanmaq, təşəxxüs satmaq. Yasavul .. özünü çəkdiyi vaxt bir neçə adam .. bir-birinə göz vurdu. S.Rəhimov. Özünü dartmaq - bax özünü çəkmək. [Xankişi Haqverdiyə:] Gəl oyna, özünü dartma, bir görək; Qoy yenə sevinsin, açılsın ürək. Z.Xəlil. Özünü düzəltmək maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq. Özünü ələ almaq - huşunu, fıkrini, ifadəsini toplamaq, özünü toplamaq, ağır bir vəziyyətdə iradəli olmaq, özünü itirməmək; sakit olmaq. Ürəyi tələssə də Həbib özünü ələ alır, toxtaq hərəkət eləyirdi. Ə.Vəliyev. [Mülayim:] Özünü ələ al, oğlum, yekə kişisən, mərd ol, möhkəm dur. Bayramov. Özünü ələ salmaq - özünü gicliyə vurmaq, axmaq hərəkətlər etmək (giclik, yüngüllük edən adam haqqında). Özünü göstərmək - 1) öz üstünlüyünü, bacarığını göstərmək; 2) nümayiş etdirmək, təzahür etmək. Burada ilk bahar bütün gücü və qüdrəti ilə .. özünü göstərirdi. S.Rəhimov. Özünü gözləmək - özünü qorumaq, mühafizə etmək. [Səlim:] Fırtınadan özünü gözlə! İ.Əfəndiyev. Özünü xəstəliyə (dəliliyə və s.) vurmaq (qoymaq) - yalandan özünü xəstə (dəli və s.) göstərmək. Nuşapəri xanım özünü yuxuluğa vurdu. (Nağıl). Molla Xəlil özünü avamlığa qoymuşdu. S.Hüseyn. Özünü itirmək - çaşmaq, nə edəcəyini bilməmək. Ucaboy, qoca, lakin qıvraq hakim içəri girəndə evdəkilər özlərini itirdilər. Mir Cəlal. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında özünü itirərdi. Ə.Sadıq. Özünü naza qoymaq nazlanmaq, naz satmaq. Özünü oda-suya (oda-közə) vurmaq (atmaq) - bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək, əziyyətə, məşəqqətə dözmək. Özünü o yerə qoymamaq - bir işə əhəmiyyət verməmək, özünü bilməməzliyə, eşitməməzliyə qoymaq. Məmməd dostunun üz-gözündən hirsli olduğunu başa düşdüsə də, özünü o yerə qoymadı. Ə.Əbülhəsən. Özünü ortaya salmaq (atmaq) özünə aid olmayan işə qarışmaq. Özünü öldürmək məc. - çox zəhmət çəkmək, çox əlləşmək, çox çalışmaq. Özünü öldürüb ev tikmək. Özünü öymək - özünü tərifləmək, lovğalanmaq. Özünü saxlamaq - iradəsini toplayıb bir işi görməkdən vaz keçmək, saqınmaq, etmək istədiyi bir işi etməmək. Nurəddin özünü saxlayıb qəsdən [atasının meyitinin üstündə] ağlamırdı ki, Gülpəriyə oxşamasın. S.S.Axundov. Mehribanı gic bir gülmək tutdu, özünü saxlaya bilmədiyindən bayıra çıxdı. S.Hüseyn. Özünü sındırmamaq - pərt olmamaq, özünü tox tutmaq. Gəlin sapsarı saralsa da, özünü sındırmadı. İ.Şıxlı. Özünü soyuğa vermək - soyuq dəyib naxoşlamaq. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib, yorğandöşəyə düşdü. S.S.Axundov. Özünü tanımaq - həddi-büluğa çatmaq. Elə ki Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü, qalıbdı lap lüt-madərzad. Məmmədquluzadə. Özünü təmizə (təmizliyə) çıxarmaq - özünə bəraət qazandırmaq, müqəssir olmadığını isbat etməyə, sübuta çalışmaq. Özünü toplamaq - bir şey qarşısında, ya bir şey etmək üçün qüvvə və iradəsini toplamaq. Surxay özünü topladı, irəli atıldı. M.Hüseyn. Əbil özünü toplayıb qəddini düzəltdi, mənalı-mənalı Gülsəhərin üzünə baxdı. Ə.Vəliyev. Özünü tutmaq qeyri-qanuni yollarla varlanmaq. Xandəmirov çaldı, çapdı mahalı; O ki var tutub özün keçəl qurumsaq. Q.Zakir. Özünü yetirmək - çatdırmaq, vaxtında gəlib çıxmaq. Özünü qatara yetirdi. Özünü hadisə yerinə yetirdi. - Dərviş şəhərdən çıxıb özünü yetirdi başqa şəhərə. (Nağıl). Özünü yeyib tökmək - çox təşviş və iztirab keçirmək, narahat olmaq, əsəbiləşmək. Özünü yığışdırmaq - 1) fıkrini, huşunu, qüvvəsini toplamaq, özünü ələ almaq. Dostlar özlərini yığışdırıb, İskəndərə qahmar çıxınca kişini camaat qabağında mühakimə elədilər. Mir Cəlal. Qız birtəhər özünü yığışdıraraq mühəndisin üzünə baxdı. Ə.Sadıq; 2) qəzəb, narazılıq doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək, özünü düzəltmək. Rüstəm kişinin acıqlanaraq şapalağı işə salacağından qorxub, Salman özünü yığışdırdı.. M.İbrahimov; 3) özünü yığışdır! şəklində - hədə, qorxu məqamında işlədilir. Öz-özlüyümdə (öz-özlüyündə) b ax özlüyündə. Öz-özlüyündə qərara gəlmək. - [Qüdrət:] Mən dinlədiyim adamların fikrini öz-özlüyümdə saf-çürük etmişəm. M.Hüseyn. Öz-özlüyündə - ayrılıqda, ayrılıqda götürdükdə. Öz-özlüyündə o şeyin heç bir qiyməti yoxdur. Öz-özünə - 1) öz bildiyi kimi, müstəqil olaraq; özü. Öz-özünə fikirləşmək. Oz-özünə öyrəşmək; 2) yavaşcadan, kimsə eşitmədən. Öz-özünə oxumaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....