Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖYÜD
is. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov. Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik hər öyüdünü. S.Vurğun. □ Öyüd almaq - nəsihət almaq, tərbiyə almaq, məsləhət almaq. [Kərəm:] Qana-qana öyüd alıb anadan; Ay həzərat, gedən ceyran mənimdi! “Əsli və Kərəm” . Öyüd vermək
birini pis hərəkətlərdən saqındırmaq üçün öyüdlü sözlər söyləmək, nəsihət etmək. Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq! S.Vurğun. [Vahimə Çiçəyə:] Ağbirçək arvadsan, niyə gəlininə öyüd verib demədin, xalqın .. evini dağıtma? B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....