Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖYRƏNMƏK
f 1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək. // Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. Dərzilik peşəsi öyrənmək. // Məşğul olaraq hazırlamaq, hazırlaşmaq. [Əsgər:] Rəsul,.. heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. N.Vəzirov.
Bax öyrəşmək 1-ci mənada. İstiyə öyrənmək. - Biz hərbiyyəlilər danüzü durmağa öyrənmişik. Mir Cəlal.
Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. Vəziyyəti öyrənmək. - [Xan Məmməd bəyə:] ..Bir öyrən gör Fətəlinin başında nə qədər adamı var. Çəmənzəminli. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Məc. mənada. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M. Müşfiq.
Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. Füzulinin yaradıcılığını dərindən öyrənmək. Çayın su rejimini öyrənmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....