Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖVC
is. [ər.] klas. Ən uca nöqtə. □ Övcifəza, övci-fələk - göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq - boy atmaq, böyümək. Yoxsa daha niyə burada böyürtkənlər belə suvarılmış kimi övc atsınlar. S.Rəhimov. Övc etmək (eləmək) - artmaq, böyümək, inkişaf etmək. [Səməd bəy] bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu, burada da artıq övc eləyə bilmədi. Çəmənzəminli. Indi arı yaman övc eləyir. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....