Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖTÜŞMƏK1
qarş. 1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.
Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. S.Rüstəm. // Keçib-getmək, uzaqlaşmaq. Buralardan yüyür, tez ötüş barı; Ilxının kişnəyir ayğır atları. A.Səhhət.
Yüyürməkdə, qaçışda yarışmaq, bir-birini ötməyə çalışmaq. Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik. S.Vurğun.
Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. Çətinliklə ötüşmək. Ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşürdü. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....