Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖRTÜK
is. 1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça. Xonça örtüyü. - Pərinin anası ilə Əşrəf baba içəri girib ölünün üstünə bir örtük çəkdilər. Ə.Məmmədxanlı. Mən bir də gözlərimi dolandırıb baxdım, gördüm ki, hələ neçə-neçə heykəl örtükdədir. S.Rəhimov. // Çexol. [Qəhrəman yüzbaşı] kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa. C.Məmmədquluzadə. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev.
Süfrə. ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. Mir Cəlal. // Yorğan, balış və s. üstünə salınan parça. ..Sərvnaz öz otağında ipək yorğanına örtük tikirmiş. Ə.Vəliyev.
Bax örtü. [Şah Sitarəyə:] Sənə hökm edirəm, kənar et örtüyü! C.Cabbarlı. Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət.
xüs. Bir şeyi üstdən, üzdən örtən şey. Bitki örtüyü. Torpaq örtüyü. Asfalt örtü (yolun və s.-nin üzərinə döşənən asfalt qatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla