Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖPÜŞ
is. Öpmək işi, öpmək tərzi; öpmə, busə. Mehriban məhəbbət qarışıq bir həyəcanla Rəmziyyəni öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Görürəm, öpüşür qoşa ulduzlar; Ancaq xəsis olur öpüşə qızlar. S.Vurğun. □ Öpüş almaq - öpmək, busə etmək. Əzizinəm, al bundan; Yanaq bundan, xal bundan; Şeytan vəsvəsə verir; Dur bir öpüş al bundan. (Bayatı). Öpüş göndərmək
əlini dodaqlarına aparıb, birinə tərəf işarə etməklə ona sevgi və qayğısını ifadə etmək. Öpüş vermək - öpülmək, busə edilmək. // Obrazlı təşbehlərdə. Ay işığı, gözəlliyin, qızlığın; Çiçəklərlə öpüşündən yarandın. Ə.Cavad. Şəfəqlər sökərkən öpüşlərindən; Yaranmış ağ, incə yanağın sənin. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....