Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖPMƏK
f 1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək. - Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. S.Hüseyn. // Obrazlı təşbehlərdə. Axar çaylar öpdü o gün; Atlıların ayağından. S.Vurğun. Məzarı öpdükcə hörmətlə rüzgar; Düşür çöhrəsinə ilıq damlalar. M.Rahim.
2. məc. Toxunmaq, təmas etmək, dəymək. [Arslan bəy Maralın verdiyi çiçəyi alaraq:] ..Əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. H.Cavid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla