Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖMÜR
is. [ər.] 1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat. Ömürdür, biri az yaşayır, o biri çoxyaşayır. T.Ş.Simurq. Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M. Müşfiq. □ Ömür yoldaşı
arvad, zövcə, həyat yoldaşı. Ağlını başına vursun, görsün ki, tapdığı adam onunla ömür yoldaşı olacaqmı? Mir Cəlal.
Ömrümdə, Ömründə şəklində - heç bir zaman, heç vaxt, qətiyyən. Ömründə gəlməyib doğru dilinə. Q.Zakir. [Naşad] ömründə bu qədər sərt və dikbaş bir qadın görməmişdi. S.Hüseyn. Ömrüm-günüm şəklində - nəvazişlə, mehribanlıqla müraciət. [Qadın Tahirə:] Bəs mənim balamı niyə gətirmədin, ömrümgünüm? M.Hüseyn.
□ Ömür (Ömrü) bada getmək - ömrün hədər keçdiyinə təəssüf bildirir. Könül verdim hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi. Ömür keçirmək (sürmək) - yaxşı və rahat yaşamaq; ümumiyyətlə, yaşamaq, həyat sürmək. Sür ömrünü, çək ləzzətini, can ələ düşməz. Ə.Qəmküsar. Ikisi də əl-ələ verib, şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli. Telli .. dörd il bundan əvvəl Islamın evinə gəlmiş, yalnız iki ilini bəxtiyar bir gəlin kimi ömür sürmüşdü. S.Hüseyn. Ömür vermək - həyat vermək, can vermək, yaşatmaq. Donbas bizə kömür verir; Ocaqlara ömür verir. M. Müşfiq. Ömür (Ömrü) yarıdan keçmək - ömrün keçməsinə təəssüf bildirir. Baş ağardı, ömür keçdi yarıdan; Qurtarmadım hərgiz ahü zarıdan. Q.Zakir. Ömrü uzanmaq daha çox yaşamaq, ömrü uzun olmaq. Bülbülün səsi kimi; Qaynayır incə səsin; Sanki ömrüm uzanır; Uzandıqca nəfəsin. Ə.Cavad. Ömrü vəfa etməmək - az ömür sürüb arzusuna, ümidinə yetişməmək, istədiyini, gözlədiyini görməmək, nəsib olmamaq. Ömrüm (Ömrün, Ömrü...) boyu (uzunu) ) həmişə, daima, bütün həyatım (həyatın, həyatı) boyunca. Ömrüm boyunca sənə minnətdaram. Ömrü boyunca işləyib; 2) heç bir zaman, heç bir vaxt. Ömrüm boyu unutmaram. Ömründə bir gün görməmək ömrü boyu əzab-əziyyət çəkmək, xoş gün görməmək. [Balaş:] Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş, [Sevil] ömründə bir gün görməmiş(dir). C.Cabbarlı. Ömrün (ömrünüz) uzun olsun! - xeyir-dua, təşəkkür məqamında işlədilir. [Mirzə Səfər:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev. Ömrünü çürütmək - uzun zaman vaxtını boş keçirmək. [Gəray bəy Cəlala:] Oğul, mən bilirəm, sevdaya düşən; İnsanlar ömrünü çürüdür bəzən.. S.Vurğun. Ömrünü sənə (sizə və s.) bağışladı - öldü, canı çıxdı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....