Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖLÜ
1. sif Ölmüş, həyatı tərk etmiş, cansız (diri ziddi). // is. Ölmüş adam, meyit, cənazə. Ölülər və dirilər. Ölünü yarmaq. Ölünü basdırmaq. - [Nazlı:] Ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə.
sif Gəbərmiş, canı çıxmış (heyvan haqqında). Ölü toyuq. Ölü pişik. // is. Ölmüş heyvan cəsədi; cəmdək. It ölüsü. Qoyun ölüsü.
sif Qurumuş, solmuş, solğun, cansız (bitki haqqında). Ölü ağac. Ölü ot.
sif Cansız, həyat əlamətindən məhrum. Ölü çöl. Ölü şəhər.
is. məc. Heç bir şeyə qabil olmayan, bacarıqsız, atil adam haqqında. Ölünün biridir.
sif məc. Durğun, ətalətli, fəaliyyətsiz, təsirsiz, çox zəif, cansız. ..Həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi. C.Məmmədquluzadə.
□ Ölü dil - mövcud olmayan, lakin ancaq yazılı abidələrdən məlum olan qədim dil. Çiçəklərin; Böcəklərin; Küləklərin; Fələklərin; Adlarını yazır alim; Ölü dildə.
Vahabzadə. Ölü düşmək - yorğunluq və s. nəticəsində hərəkətdən qalmaq, hərəkət edə bilməmək. Yorğunluqdan ölü düşmək.
Almazı o qədər vurdular ki, ölü düşdü. S.Rəhimov. Ölü rəngi - meyit rəngi, rəngi qaçmış, qanı qaçmış, saralmış. [Yasəmən və Qaraca qız] bihuş qalıb yerə sərilmişdilər, üzlərinin rəngi ölü rəngi kimi idi. S.S.Axundov. Qocanın sifəti ölü rənginə çalırdı. M.Hüseyn. Ölünü (yerdən) götürmək ölünü dəfn etmək üçün qaldırıb aparmaq. Ölünü saat beşdə yerdən götürəcəklər. Ölü yesə dirilər - çox dadlı, cana xeyirli şey haqqında. Kababxanaya gələn müştərilər birdən duyuq düşdülər ki, a kişilər, bu Namaz elə piti bişirir, yeməknən doymaq olmur.. Namazın qoyduğu pitini ölü yesə dirilər.
Məlikzadə. Ölü nöqtədə - eyni vəziyyətdə, hərəkətsiz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....