Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÖHDƏ
is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. □ Öhdəsində qalmaq - himayəsində, iaşəsində olmaq, boynunda olmaq. [Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım. İ.Əfəndiyev. Öhdəsində olmaq - bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq. [Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə. Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi. Mir Cəlal. Öhdəsindən gəlmək - 1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək. - Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi? H.Seyidbəyli. [Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. M.Dilbazi; 2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq. [Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm.. C.Məmmədquluzadə. [Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm.. Ə.Haqverdiyev. // məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər. Öhdəsinə qoymaq (buraxmaq, atmaq) - birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq). - [Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə. Ə.Vəliyev. Babacan .. evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı. Ə.Əbülhəsən. Öhdəsinə düşmək - üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq. [Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. M.S.Ordubadi. Öhdəsinə götürmək (almaq) - yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək. [Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm.. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....