Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OYUNBAZ
is. 1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. S.Rəhimov.
Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad. [Səməd Oqtaya:] [Ananı] yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. C.Cabbarlı.
məc. Fırıldaqçı, hiyləbaz, kələkbaz. [Həsən:] Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Ə.Haqverdiyev. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....