Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

OYUQ1

is. 1. Oyulmuş yer; mağara, kaha. Qayaların oyuğunda yuva salar kəsəyənlər. O.Sarıvəlli. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov.
Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik. Sanki çay daşların oyuqlarını, ağacların köklərini bu ucdan eşir və yerin tərkinə gedirdi. S.Rəhimov. // Çuxur, çala. Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi. S.S.Axundov.
sif. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. // Gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş. Meşənin içində, bir ağacın oyuğunda pişik göyərçini gizlətdi. (Nağıl).
Divarda pəncərə, qapı və s.-nin yeri. Pəncərə oyuğu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....