Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OYNAŞMAQ
qarş. 1. Bir-biri ilə oynamaq; əylənmək. İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı.. Çəmənzəminli. ..Oynaşan .. uşaqlara tamaşa etməkdən doymazdım. Mir Cəlal. // Eyni mənada heyvanlar, quşlar və s. haqqında. Quzular, çəpişlər həyətdə oynaşır. - Xəzan yarpaqları oynaşan yerdə; Necə üşüməyim?.. Uşüyürəm mən. B.Vahabzadə. // Müxtəlif tərəflərə uçmaq və ya üzmək. Kəpənəklər oynaşır. - Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli. Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər. Mir Cəlal.
məc. İrəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək. [Sonanın] xumarlanan gözləri oynaşan (f.sif.) dalğalara zillənmişdi. B.Bayramov.
məc. Təzahür etmək, görünmək. Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. B.Vahabzadə.
məc. Görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək. Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. S.Vəliyev. İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, .. sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....