Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

OYLAQ

is. 1. Məskən, yer, meydan. [Aşıq Cünun:] Mərd oylağı Çənlibeldi; Məhbub xanım, bizim yerlər. “Koroğlu” . Qıjıltı, gurultu tutur qulağı; Buradır köhnədən qaçaq oylağı. H.K.Sanılı. Şairlər vətəni bizim tərəflər; Tərlanın oylağı yadıma düşdü. S.Vurğun. // Obrazlı təşbehlərdə. Könlüm oylağını yaxın gəzəli; Çoxları küsəndi mana, bənövşə! S.Vurğun. Yazda, payızda, qışda gülür çəmənim, bağım; Dəmir köksümsə çoxdan vuruşlar oylağıdır. S.Rüstəm.
Düzənlik, geniş sahə. Sərin olur yaylaqları yurdumun; Vardır geniş oylaqları yurdumun. Aşıq Bəylər. Genişdir oylağı, gendir meydanı; Yenəndə çaylağa dağın dumanı. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....