İzahlı lüğət

OYATMAQ

f 1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. Məmmədquluzadə. .. Ümid anasını oyadıb onunla birlikdə Sədəfin atası evinə getdi. Bayramov.
məc. Canlandırmaq, diriltmək, həyat vermək. [Kolxozçular] torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. Ə.Məmmədxanlı.
məc. Qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək. “Molla Nəsrəddin” xalqın şüurunu oyadırdı, cəsarət və hərəkətə gətirirdi. M.İbrahimov. Qoca Şərqi yuxusundan Bakı oyatmış. R.Rza.
məc. Törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. [Vaqif:] Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OH

OVA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed