Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OVMAQ1
f 1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq.
Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.
Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza. On-on beş metr uzunluğunda güclü su şırnağı.. dağı ovub dağıdırdı. Ə.Sadıq.
Dəlmək, qazımaq. Dağların içini ovaraq bu tuneli açmışlar. M.İbrahimov. // Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək. O sənin yazdığını; Ovub tökdü bıçaqla. Z.Xəlil.
məc. Əzişdirmək, əzmək, əziyyət vermək. Həyat [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....