Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OVLAQ
is. 1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq.
Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar. M.Rzaquluzadə. Isi dayı.. ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. (Bayatı). Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun.
Heyvan və s.-nin daim olduğu, yaşadığı yer. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. N.Vəzirov. Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....