Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

OTURUB-DURMAQ

f 1. Əlaqə saxlamaq, dostluq etmək, yoldaşlıq etmək. [Pəricahan xanım:] Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. S.S.Axundov. [Balaş Sevilə:] ..Mən indi böyük cəmiyyət adamıyam, doktorlar, ədiblər, filosoflarla oturub-dururam. C.Cabbarlı.
2. Oturub-durub şəklində - həmişə, daima, hər zaman. Gülü arvad oturub-durub uşaqlarına belə nəsihət verərdi. S.Rəhimov. Sevdim kişi haqqında Paşa bəy oturub-durub deyirdi.. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....