Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OTURMAQ
f. 1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! - [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək. Oturmaq olar? Cabbarlı. Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli.
Hərəkət etməyib durmaq, qalmaq. Burada nə qədər oturub gözləyəcəyik? - Yusifi və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular. N.Nərimanov. // Heç bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, boş durmaq. Bu qədər oturmaq olar? Oturdun bəsdir. Oturmaqdansa, bir şeylə məşğul ol.
Çökmək, dibi torpağa dirənmək, aşağı enmək. Gəmi saya oturdu. // Dibə çökmək, aşağı enmək. Sudakı duzlar şüşənin dibinə oturdu.
Yerinə düşmək, yerinə girmək, uyğun gəlmək. Pəncərə çərçivəyə yaxşı oturmur.
Əyninə yaxşı gəlmək, düz gəlmək, uyğun olmaq. Paltar bədəninə yaxşı oturur.
dan. Minmək. Qatara oturmaq. - Atabala tramvaya oturub vağzala gedəsi oldular. Mir Cəlal.
məc. Həbsdə olmaq, həbsxanada saxlanılmaq, məhbus olmaq. Oğurluq üstdə üç il oturdu.
□ Oturduğu yerdə - bax dayanıb duran yerdə (“dayanmaq” da). Oturduğum yerdə cəncələ düşdüm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....