Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OTURAQ
1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali. - Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi. M.S.Ordubadi. Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi. Çəmənzəminli. // Eyni mənada quşlar haqqında. Oturaq quşlar bütün ili bir yerdə qalırlar. - Sərçə, sağsağan, daha şimal ölkələrimizdə isə çillər, tetra quşları oturaq quşlardandır. “Zoologiya” . // İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). Oturaq maldarlıq. - Incənin hər tərəfi otlaqdır. Buranın mal-qarası köçəri deyil, oturaqdır. S.Rəhman.
sif. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlükpozulur.
is. Oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s. [Gözətçi] ay işığında daşa söykənib mürgülədiyindən, bizim oturağa yaxınlaşmamızdan xəbəri olmamışdı. H.Nəzərli. Yorulanda olur sizə oturaq; Göl kənarı, yaşıl çəmən, durnalar! S.Rüstəm.
is. Bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. Qazanın oturağı ağzından gen olar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....