Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

OT

is. 1. Ağaclara, kollara mənsub olmayan yaşıl gövdəli incə bitki. Alaq otu. Yem otu. Ot biçmək. - [Mələk] bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı.. Divanbəyoğlu. // Yerin həmin bitkilərdən ibarət yaşıl örtüyü. Otun üstü ilə getmək.
2. Həmin bitkinin, yaş və ya quru halda heyvan yemi kimi işlədilən biçilmişi, açılmışı. Inəyə ot vermək. Quru ot. - Niyaz da gah [atın] qabağına saman tökür, gah da ot qoyurdu. Ə.Vəliyev.
□ Ot kökü (kök) üstə bitər - övlad öz valideynlərinə çəkər, öz valideynləri kimi olar. [Hümmət Şahmara:] Bəs deyirlər ot kökü üstə bitər, Əsəd kimi adamdan belə törəmə?! Bayramov. Ot yolun gah altında (sağında) bitər, gah da üstündə (solunda) - həyatın həmişə bir tərzdə, bir qaydada getmədiyinə, gah pis, gah da yaxşı, gah yüngül, gah da ağır keçdiyinə işarə. [Səttar:] Buna dünya deyərlər ey! Ot yolun gah altında bitər, gah da üstündə! Ə.Əbülhəsən. Ota düşmək - ot yeməyə başlamaq (otyeyən körpə heyvanlar haqqında). Quzu ota düşüb. Buzov hələ ota düşməyib.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....