Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ORTABAB

sif. 1. Ortayaş(lı), orta yaşlarda olan; nə cavan, nə qoca. ..Şərəf ortabab, qara və arıq övrətdi. C.Məmmədquluzadə. Orta keyfiyyətli; miyanə. Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. B.Bayramov.
Kiçik torpaq sahəsinə malik olub, onu öz əməyi ilə becərən və mülki vəziyyətinə görə yoxsulla qolçomaq arasında duran fərdi təsərrüfatçı kəndli. [Almas:] Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. Cabbarlı. Cavahir, doğrusu, mən muzdur oğlu; Sən də bir ortabab kəndli qızısan. M. Müşfiq. // İs. mənasında. Kəndyoxsulları ilə ortababların ittifaqı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....