Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ORTA
1. is. Bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. Kəndin ortası. - Otağın ortasında bir soba vardı. S.Hüseyn. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə dördkünc bir hovuz vardı. Ə.Əbülhəsən. // Çay, yol və s.-nin hər iki tərəfindən az-çox bərabər məsafədə olan yer. Çayın ortasına gedəndə su [Eyvaz kişini] süpürlədi. Ə.Vəliyev. Vəkil yolun ortasında qanqal kolu kimi tənha görünürdü. Mir Cəlal.
sif Ortada olan, bir şeyin kənarlarından, uclarından eyni məsafədə aralı olan; iki nöqtə (xətt, şey və s.) arasında olan. Evin ortapəncərəsi. Orta otaq. - Danalaryenə əvvəlki kimi orta payanı söküb yeyirdilər. M.Hüseyn.
is. Bir şeyin başlanğıcından, ya sonundan eyni dərəcədə uzaq olan vaxt, zaman. Yayın ortası. Ayın ortası. Günün ortasında.
İyul ayının ortası idi. N.Nərimanov.
sif Böyüklə kiçik, yüksəklə alçaq, ağırla yüngül və s. arasında olan. Orta və ağır tank. Orta və xırda burjuaziya. // sif. Təcrübəsi az olan; miyanə, babat. Orta dərzi. - [Rüstəm:] Mən bir şeyi başa düşmürəm, ortaların (is.) ayağı ilə yerimək irəli getməkdir? M.İbrahimov.
sif. Bir neçə kəmiyyətin onların sayına bölünməsindən alınan; adi, nəzərdə tutulan hadisə və s. üçün tipik olan. Orta illik temperatur. Orta əmək haqqı. Orta sürət. // sif. Keyfiyyətcə nə yaxşı, nə də pis olan; babat, miyanə. Orta keyfiyyətli mal.
is. Tələbələrin biliyinə verilən “pis” qiymətlə “yaxşı” qiymət arasındakı qiymət, kafi - “3” . Tarixdən “orta” almaq. “Orta” (sif.) qiymət.
sif. Üçdən ikincisi. Orta qardaş (bacı).
is. İki şey arasında olan boş yer; boşluq, ara, aralıq. Ülkər də seyr edib öz anasını; Ortada quş kimi qol-qanad açır. S.Vurğun. Çobanlar və yeniyetmələr alaçığın yanlarına çəkilərəkyeməyi yığışdırıb ortanı açdılar, oynamağa başladılar. M.İbrahimov.
□ Orta barmaq - şəhadət barmağı ilə adsız barmaq arasındakı barmaq. Orta əsrlər V-XV əsrləri əhatə edən dövr. Orta əsr ədəbiyyatı. Orta əsrlərə aid memarlıq abidələri. Orta hesabla - təxminən, təxmini. Sortluq toxum məntəqələrində hər hektardan orta hesabla 170 sentner kartof məhsulu götürürlər. Orta məktəb - ali məktəbə daxil olmaq, yaxud ümumi və ya orta ixtisaslı mütəxəssis kimi işləmək üçün kifayət edən ümumi təhsil verən məktəb. Orta musiqi məktəbi. - Gülşad orta məktəbin son sinfində oxuyan vaxt müharibənin ağır ili idi. Ə.Vəliyev. Orta təhsil - orta məktəbdə alınan təhsil. Orta təhsil haqqında kamal attestatı. - [Şükür] orta təhsilini bitirmiş, ali məktəbə girmək istəməmişdi. S.Hüseyn. Orta yaş (sini) - nə cavan, nə qoca; cavanlıqla qocalıq arasındakı yaş. Mirzağa qısaboylu, şişmanqarınlı, cücəgözlü, yekəburunlu və qalındodaqlı, orta sinlərdə bir adam idi. H.Nəzərli. Ortada qalmaq- bax arada qalmaq 1-ci mənada (“ara” da). Ortada yeyib qıraqda (kənarda) gəzmək - 1) bir işi görmədiyi halda başqalarının əməyinin səmərəsindən faydalanmaq; 2) boş-boş gəzmək, veyllənmək, avaralanmaq. Banıçiçəkdə gözü olanlardan biri də .. ortada yeyib qıraqda gəzən ağ bir bəy oğlu idi. M.Rzaquluzadə. Ortadan çıxarmaq - bax aradan çıxarmaq (“ara” da). Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı. M.Hüseyn. Ortadan çıxmaq - bax aradan çıxmaq (“ara” da). Ortadan qaldırmaq (götürmək) - bax aradan qaldırmaq (götürmək) (“ara” da). Ortaya almaq- bax araya almaq (“ara” da). Ortaya atmaq- bax araya atmaq (“ara” da). Güləsərin əlacı olsa, onu [atasını] heç yana buraxmazdı. Özü qolunu çırmayıb ortaya atılardı. İ.Şıxlı. Ortaya çıxmaq - b ax meydana çıxmaq (“meydan” da). Bir çox çətinliklər ortaya çıxdı. - [Döyüş meydanında] qorxmaz, fərasətli adamlar tez ortaya çıxır. S.Vəliyev. Ortaya düşmək - 1) bir iş görməyə təşəbbüs etmək; 2) b ax araya düşmək (“ara” da). Ortaya gəlmək- b ax araya gəlmək (“ara” da). Siniyə çəkilən xingal buğlana-buğlana ortaya gələndə Tahir.. oturdu. M.Hüseyn. Ortaya qoymaq- bax araya qoymaq (“ara” da). Uşaqlar çarpayılarından düşdülər. Əllərinə keçən kitabları vərəqlədilər. Kim nədən şübhələndisə gətirib ortaya qoydu. İ.Şıxlı. Ortaya söz salmaq- bax araya söz salmaq (“ara” da).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla