Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ORD
is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri. [Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı.. Çəmənzəminli. Zurnaçı orduna doldurduğu havanı bilmədi hara üfürsün. Mir Cəlal.
□ Ordu (ordları) batmaq - aclıq, xəstəlik və s. nəticəsində çox arıqlamaq, zəifləşmək. Batıb uşaqların aclıqdan ordu; Bir tərəf üsyandır, bir tərəf ordu. S.Vurğun. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov. Ordu orduna keçmək - b ax ordu (ordları) batmaq. Xəstənin ordu orduna keçmişdi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....