Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ONLUQ
sif. 1. Onmanatlıq, on manat dəyərində olan. Aşıq Ələsgər belə deyəndə Məşədi Yolçu əlini salıb, cibindən bir onluq qızıl çıxartdı.. “Aşıq Ələsgər” . // is. Onmanatlıq, on manat qiymətində olan pul. Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı. M.İbrahimov. Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov. Lampada işıq, taxtada qalınlıq dərəcəsini bildirir. Onluq taxta. - Buxarının üstündəki mıxa onluq lampa keçirilmişdi. M.Hüseyn. [Hümmət] stolun üstünə qoyulmuş şüşəsi hisli onluq lampanı yandırdı. B.Bayramov. // On xalı olan. Onluq kart. // İs. mənasında. [Nəbi:] Odur ki, bu gecə on bir əl dalbadal onluğa vuruldu. S.S.Axundov.
ədəb. Hər misrasında on heca olan. Onluq şeir.
□ Onluq kəsr riyaz. - məxrəci on, yüz, min və s. rəqəmlərdən ibarət olan kəsr. Onluq kəsrləri toplamaq. Onluq say sistemi - əsasını onluq(lar) təşkil edən, onluqlardan ibarət say sistemi. Hazırda insanlar onluq say sistemindən istifadə edirlər. Z.Xəlilov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....