Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OLMAQ
1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. Iki il Bakıda oldum. O, yataqxanada olur. Siz hansı küçədə olursunuz? - Mərcan xanım uzaqda olmurdu. T.Ş.Simurq; b) mövcud olmaq, var olmaq. Insan olmasaydı nəyə gərəkdi; Sənin gözəlliyin, ana təbiətl M.Dilbazi; c) iştirak etmək. Dərsdə olmaq. Qonaqlıqda olmaq. Iclasda olmaq; ç) üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. Dünən balaca yanğın olmuşdu. - Azad çırpınacaq bütün vicdanlar; Nə hicran olacaq, nə də intizar. S.Vurğun. Qonşu, yenə nə olub? - deyə soruşdum. S.Rüstəm; d) doğulmaq, dünyaya gəlmək, anadan olmaq. - Onun nəyi olub? - Bir qızı olub. Uşaqlar ekiz olub. - ..Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. Mir Cəlal. Cavadla Zöhrə Aslan olandan sonra bir-birini daha da çox sevməyə başladılar. Ə.Vəliyev; e) bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. Saat ikidə məktəbdə olacağam. [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.Ibrahimov; ə) yerləşmək, sığmaq. Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu; f) malik olmaq. Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq.
Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev; g) mümkün olmaq, icazə verilmək. Gəlmək olarmı? Içəri girmək olar; ğ) bir haldan başqa hala keçilmək, dəyişmək. Su donub buz oldu. Od sönüb kül oldu. - [Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu.Ə.Vəliyev; h) gəlib çatmaq, yetişmək. Səhər oldu. Gecə yarı oldu. - Bayram oldu, heç bilmirəm neyləyim? Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. Axşam hələ olmamışdı. S.Hüseyn.
Köməkçi feil kimi işlədilir: a) ixtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul olmağı bildirir. Müəllim olmaq. Həkim olmaq. - Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya.. C.Məmmədquluzadə; b) isim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan // -lən və -laş // -ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək); c) bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.
Oldu! şəklində - tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə!
□ Olan oldu (olub) - olub keçmiş, düzəlməsinə, islahına vaxt, imkan olmayan hadisə haqqında. Olan oldu, keçən keçdi - keçmiş ola, artıq gecdir, keçənə güzəşt deyərlər. Onlar deyən yalan oldu; Keçən keçdi, olan oldu. M. Müşfiq. Yaxşı, olan oldu, keçən də keçdi; Indi fikrin nədir, de görək indi? S.Vurğun. Ay oldu ha! - işin baş tutmayacağını bildirmək üçün işlədilən istehzalı ifadə. Bir dəfə (kərə) də olsun - heç, qətiyyən, əsla, tamamilə. Bir dəfə də olsun işə gecikməyib. - Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn. (Bu) olmadı - bir fikir və ya təkliflə razılaşmadıqda etiraz ifadəsi kimi işlədilir. Bu olmadı, o bizim ən yaxşı operatorlarımızdandır. Hər necə (cür) olursa olsun - 1) heç bir şeyə baxmayaraq. Hər necə olursa olsun getməlisən. - [Kor Seyid] hər necə olursa olsun arvadını aparacağını söyləyirdi. S.Hüseyn; 2) b ax hər necə olsa. Hər necə olsa - hökmən, mütləq, heç bir şeyə baxmayaraq. [Tubu:] Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə köməkeləməyəsən? Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....