Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OXUNMAQ
məch. 1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub. - O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi. Çəmənzəminli. ..Qış gecələrini bu ailə müharibə haqqındakı söhbətlərə, ya da bu barədə qəzetdən oxunanlara qulaq asmaqla keçirərdi. Ə.Əbülhəsən.
Səslə mahnı və s. ifa edilmək. Konsertdə yeni mahnılar oxundu. - Xüsusən oxuyanın ürəyəyatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman alınan təsir daha da qüvvətlənirdi. A.Şaiq.
məc. Hiss edilmək, sezilmək, duyulmaq. Gözündən oxunmaq. Üzündən oxunmaq. Həmişə [Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli. [Mehribanın] sürməyiyə çalan qara gözlərində həmişə kədər oxunur. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....