Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
OXŞAMAQ2
f 1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb .. oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. [Çoban:] Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, - deyə itin başını əlləri ilə oxşadı. A.Şaiq. Gəl, ipək saçını oxşayım! Səninlə bir an da yaşayım.. M. Müşfiq.
məc. Xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. B.Bayramov. Ölü üçün oxuyub ağlamaq. Ölünü oxşamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....