Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ODLU
sif. 1. Odu olan; yanar, alovlu, közərən. Odlu ocaq. - Çox zaman qurduğum tələdəki quşlar yerinə gözlərimə anamın dəhşətlə təsvir etdiyi əllərində odlu kösövlər olan inkirminkirlər görünürdü. M.İbrahimov. Səbzəlinin dodaqlarından papirosun odlu qoru tökülürdü. S.Rəhimov. □ Odlu silah - barıt, yaxud başqa partlayıcı maddələrin alışması ilə atılan silah (tüfəng, tapança və s.).
məc. Qırmızı, od rəngli. Onun dalısınca yarır mənim də; Odlu üfüqləri xəyalım yenə. M.Rahim.
məc. Ehtiraslı, coşqun, yanar. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. A.Şaiq. Sanki Sədəf [Sonanı] odlu baxışları ilə əridir, .. yandırıb-yaxırdı. Bayramov. // məc. Atəşin, ehtiraslı, qızğın, hərarətli, coşqun. Odlu məhəbbət. Odlu salamlar. Odlu ehtiras. - Nədən söyləməsin ana dililə; Oz odlu nitqini yoldaş komissar? S.Vurğun. O, o qədər odlu (z.) danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü. Ə.Vəliyev.
məc. Təsiredici, təsirli, yanıqlı, yandırıcı, yaxıcı. O qədər keçmədi qarşıkı dağdan; Ucaldı bir qəlbin odlu naləsi. S.Vurğun. Ürəyindəki odlu bir həsrətlə yalvarırdı. Mir Cəlal.
odlu-odlu zərf Ehtirasla, hərarətlə, qızğın surətdə. Odlu-odlu [Rüstəm Mayaya] bildirdi ki, hər yerdə və hər zaman kişinin borcu qadına hörmət etməkdir, ona qulluq göstərməkdir. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla