Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NÜVƏ
is. 1. Bir şeyin daxili, mərkəzi hissəsi. Atom nüvəsi (atomun mərkəzi, müsbət yüklü hissəsi). Yerin nüvəsi. - Çalağanlar Yer üzündə səs oğruları; Sərhədlərdən sərhədlərə ölüm çəkənlər; Meşə qırıb, dağ uçurub; Çay, dəniz yarıb; Yer şarının nüvəsinə nüvə əkənlər... M.Araz. // biol. Hər cür bitki və heyvan orqanizmi hüceyrəsinin ən mühüm tərkib hissəsi. Nüvəprotoplazmaya nisbətən daha bərk olmaqla protoplazmanın özü ilə əhatə olunur. Nüvə daxilində baş verən proseslərə, atom nüvəsi enerjisindən istifadəyə aid olan. Nüvə reaksiyası. Nüvə enerjisi. Nüvə silahı. Nüvə reaktoru (ya qazanı) - içərisində atom nüvələrinin bölünməsinin zəncirvari reaksiyası əmələ gələn qurğu; atom reaktoru. Nüvə fizikası - fizikanın, atom nüvələri və onların təhəvvülatını öyrənməklə məşğul olan sahəsi.
məc. Bir şeyin, yaxud bir kollektivin, təşkilatın, qrupun əsas hissəsini, özəyini təşkil edən hissəsi; özək. Qoşunların nüvəsini təşkil edən hissələr.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....