Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NÜMUNƏ

is. [fars.] 1. Hər hansı bir məmulatın, şeyin haqqında təsəvvür yarada biləcək hissəsi, örnəyi, qismi. Yeni maşınlardan nümunə göstərmək. - Yusifi .. torpaq nümunələrini elmi tədqiqat üzümçülük institutunda göstərdi. B.Bayramov. // Başqa oxşar şeylərin hazırlanması üçün əsas olan, ömək olan şey; model, çeşid. Yeni mal nümunələri.
2. Bir şeyin həqiqətən necə həyata keçdiyini göstərən əyani misal, canlı şahid. Azərbaycan bütün Şərqə nümunə göstərilən azad bir ölkədir. M.Hüseyn. “Kəşkül” elm və mədəniyyətə çağırırkən bilavasitə Avropanın qabaqcıl ölkələrini nümunə alırdı. M.İbrahimov. Tikintidə necə işləmək lazım olduğunu göstərmək üçün [Cəlil və Fərman] canlı nümunə idilər. Ə.Sadıq. □ Nümunə olmaq - bir neçə şeyin sırasında seçilmək, örnək olmaq. Lap yaxşı olardı ki, “Tazə həyat” Bakı cəmiyyəti xeyriyyəsi barəsində bir məqalə yazaydı və bizim üçün də bir nümunə olaydı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....