İzahlı lüğət

NUŞ

is. [fars.] 1. klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; Iltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani. □ Nuş olmaq - canına yatmaq (sinmək), xoş olmaq. Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir. Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.
2. Içki. □ Nuş etmək (eyləmək) - içmək. Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. “Aşıq Qərib” . Nuş olsun - b ax nuşcan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed