Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NÖQTƏ
is. 1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir. // məc. Zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında. [Dərviş:] Ağartının ortasında bir qara nöqtə gördüm, qoça kişi yüyürdü, oradan bağırdı.
Divanbəyoğlu. Birdən hər təyyarədən biriki nöqtə ayrılıb ağır-ağır yerə enməyə başladı. M.Rzaquluzadə. □ Nöqtə kimi - çox kiçik, güclə seçilə bilən. Evlər uzaqda nöqtə kimi qaralırdı. - Mələyə elə gəldi ki, arvadın gözünün ağı həddindən artıq böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. İ.Şıxlı.
qram. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.). // Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məs.: l-j cJ).
Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi. - Çox kiçik cismin hərəkətinin öyrənilməsinin asanlığı bundan ibarətdir ki, onun ayrı-ayrı nöqtələrinin hərəkətləri bir-birindən çox az fərqlənir. Z.Xəlilov.
Fəzada və ya bir şeyin üzərində müəyyən yer. Dağ silsiləsinin ən uca nöqtəsi.
Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə. Ticarət nöqtəsi (mağaza və s.). Atəş nöqtəsi (pulemyot, top və s.). - Fişəng atılanda Fərhad düşmənin atəş nöqtəsini gördü. Ə.Vəliyev. // Mövqe, yer. Bir nöqtəyə yığılmaq (cəm olmaq). O nöqtəyə çatan kimi durduq.
Yer, cəhət, səmt. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. C.Məmmədquluzadə. [Biz] ..aləmi islamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. F.Köçərli. // “Bir” sözü ilə yenə müəyyən yer bildirir. Bir nöqtəyə baxmaq. Bir nöqtədə durmaq. - Yoldaşlar nəzərlərini bir nöqtəyə dikib, dərin bir xəyala dalmışdılar. H.Nəzərli.
Məc. mənada tərkiblərdə: qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. Telli ixtiyarsız bir ah çəkdi. Müəllim onun ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn. [Qüdrət] adamların əhvali-ruhiyyəsindəki zəif nöqtələrin .. gizli qaldığına təəssüfiedib, Fikrətin sözünü yarıda kəsdiyinə peşman oldu. M.Hüseyn.
fiz. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. Qaynama nöqtəsi. Donma nöqtəsi.
mus. Hədd, dərəcə. “Simayi-şəms” bütün əsərin (şurun) ən yüksək nöqtəsidir. Ü.Hacıbəyov.
□ Nöqtə qoymaq - bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq. Burada nöqtə qoy! - Gözlərindən axan yaş; Onun hicran kitabına nöqtə qoydu, qapandı. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....