Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİŞANƏ
1. Bax nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. □ Nişanə olmaq hədəfə çevirmək, hədəf yeri olmaq. Cəfa oxunu atır qeyrə ol yeganə, haray; Xədəngiqəmzəsinə olmadım nişanə, haray! S.Ə.Şirvani.
is. Bir şeydən nümunə. Parçadan nişanə göstərmək. - Vidadi xəstədən Bağdad elinə; Siz yetirin bir nişanə, durnalar! M.V.Vidadi. Bir yana sifariş eliyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə.
is. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. Bu uşaq ailədən qalan yeganə nişanədir. - Qəriblikdə ölənin börkü nişanə gərək. (Məsəl). Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....