Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİSGİL
is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd. Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev. [Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin ürəyimi dağlayır! Çəmənzəminli. □ Nisgil eləmək - özünə dərd eləmək, qüssələnmək, kədərlənmək. Hərçənd kasıbıq, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil eləmədim. M.S.Ordubadi.
□ Ürəyində nisgil qalmaq - arzusu, gözlədiyi şey vaxtında yerinə yetmədiyi üçün bir dərd olaraq ürəyində qalmaq. Vur-tut ikicə ilin gəlini olan Geysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev. Dostum, ürəyində qalmasın nisgil; Qoy açım sirrimi, sən də eşit, bil! R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....