Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİSBƏT
is. [ər.] 1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. - Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.
Iki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas. Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl. Q.Zakir. □ Nisbət vermək (eyləmək) - müqayisə etmək, oxşatmaq, bir tutmaq. Eşqimi eyləmə nisbət özünə, ey bülbül; O sənin istədiyin fəsli-gülüstan gülüdür. S.Ə.Şirvani.
Qoş. mənasında. Görə, aid. [Məstəli şah:] Xanım, mənə nisbət nə qulluğunuz var? M.F.Axundzadə. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə. // bax nisbətən. Nisbətdə şəklində - iki şey arasında müqayisə, hal və miqdar bildirir. [Turxan bəy:] Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir. H.Cavid. [Xədicənin] rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı. S.Hüseyn.
Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə (6f3) nisbəti.
□ Nisbət şəkilçiləri qram. - əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....