Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİKAH
is. [ər.] Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər birisi ki, razı olmasa, haman saat buraxıla.. M.F.Axundzadə. ..Bu nikah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir. C.Məmmədquluzadə. □ Nikah etmək (oxutmaq) - kəbin kəsdirmək. Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. [İmran:] Yoxsa qoca kaftar güc ilə Gülzarın nikahını oxutdu?! S.S.Axundov. Nikah kəsmək - kəbin kəsmək. [Həmzə:] Səriyyə, bilirsən nə var? Səni Qurbana vermişəm. Bu gün nikah kəsməyə gedəcəyik. C.Cabbarlı. Ikinci axşam da əlində Quran; Kəsdi nikahını bir uzun qazı. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....