Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NİDA
is. [ər.] 1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hüseyn. Nisə xala! - deyə nida ucalanda qadın ətrafına baxındı. Mir Cəlal.
Səda, səs. Yetir itmamə kim, bu şeri Hatifidən nida gəldi. S.Ə.Şirvani. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırtıları, şeypur nidaları pozurdu. M.Rzaquluzadə.
məc. Təlaş, iztirab, həyəcan. Zəkinin gözlərində bir sual, Məmmədbağırın da gözlərində bir nida əlaməti vardı. S.Hüseyn. Onun danışığı da sual və nida ilə dolu olacaqdı. Ə.Əbülhəsən.
qram. Hiss, həyəcan, arzu və istək və s. ifadə edən, dəyişilməyən nitq hissəsi; məs.: ax! ah! eh! urra! □ Nidaişarəsi - nida cümlələrinin sonunda, həmçinin nida və xitablardan sonra qoyulan durğu işarəsi (!). Sarı üçbucağın üzərində iri bir nida işarəsi görünür. Bu, şofierə xəbərdarlıqdır. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....